"Müharibə ehtimalı kifayət qədər real görünür...” - “Düşmən bizə başqa yol qoymur”

"Müharibə ehtimalı kifayət qədər real görünür...” - “Düşmən bizə başqa yol qoymur” backend

Tofiq Zülfüqarov: “Həmsədrlər də, münaqişə tərəfləri də yaxşı anlayır ki, problemin danışıqlar yolu ilə həlli mümkün olmayacaq”

Son vaxtlar düşmənin Azərbaycan-Ermənistan təmas xəttində yeni təxribatlara cəhd etdiyi, atəşkəs rejimini pozduğu müşahidə edilir.

Maraqlıdır, uzun müddətdir ki, həlli dalana dirənən Qarabağ probleminin yaxın gələcəkdə həlli mümkündürmü? Belə bir optimist gözlənti üçün əsas varmı?

Moderator.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov nikbin olmaq üçün elə bir əsas görmədiyini vurğuladı:

“Bu günə qədərki zaman və proseslər fonunda həm münaqişə tərəfləri, həm də Minsk qrupunun həmsədrləri anladı ki, Qarabağ problemini danışıqlar yolu ilə həll etmək mümkün olmayacaq. Bunun səbəbləri haqqında çox danışılıb və məncə, bu, hər kəsə məlumdur. Düşmən bizə başqa yol qoymur. Buna görə də hesab edirəm ki, müharibə ehtimalı kifayət qədər real görünür”.
Diaspora