Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.
Müdafiə Nazirliyindən Qaziler.az-a bildirilib ki, əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.