Xəbər verdiyimiz kimi, bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.
Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.Oxu.Az xəbər verir ki, 14.03.2001 təvəllüdlü hərbçimiz ötən ilin aprelində hərbi xidmətə gedib. Bu ayın 14-də onun 19 yaşı tamam olacaqdı.