Bu gün aprel döyüşlərində şəhid olan əsgər Samir Kaçayevin doğum günüdür.
Azvision.az xəbər verir ki, Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirdi.2011-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnib. O, magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb.
Əsgər Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş vermi. döyüş zamanı qəhrəmancasına şəhid olub.
Samir Kaçayev aprelin 3-də doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində dəfn olunub. Kaçayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.