Erməni ekspertlər özləri də həmişə Azərbaycanın hərbi üstünlüyünü etiraf edib - Politoloq

Erməni ekspertlər özləri də həmişə Azərbaycanın hərbi üstünlüyünü etiraf edib - Politoloq backend

Ermənistan hərbi sahədə Azərbaycanla arasında yaranmış böyük fərqi minumuma endirməyi hədəfləyir.

Ancaq Ermənistan hökuməti buna nail ola bilməyəcək, çünki Azərbaycan ordusu da yerində saymır.

Erməni ekspertlər özləri də həmişə Azərbaycanın hərbi üstünlüyünü etiraf edib. Söhbət təkcə hərbi heyətin və hərbi texnikaların say fərqindən getmir, həm də silahların keyfiyyəti aktualdır.

Ermənistan ordusunda isə silahların keyfiyyətində də problemlər mövcuddur. Üstəlik, Azərbaycanla Ermənistanın hərbi büdcə göstəricilərindəki kəskin fərqlər Yerevanın əleyhinə işləyir.

Azərbaycanın 2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə 3 milyard 853 milyon 587 min 721 manat xərc nəzərdə tutulur. Bu isə 2019-cu illə müqayisədə çoxdur.

Ermənistanın isə 2020-ci il çün hərbi büdcəsi 634 milyon dollar təşkil edəcək.

Bu hal Bakının hərbi üstünlüyünün yüksəlməsini stimullaşdırır və Yerevanın buna qarşı çıxması isə getdikcə daha da çətinləşir.

Belə məqamda hərb sferasında yaranmış mənzərəni cüzi də olsa, dəyişdirməyə cəhd edən Ermənistan üzünü Hindistana tutub.

“The Times of İndia” yazır ki, Ermənistan Hindistandan dörd “Swathi” radiolokasiya stansiyası almaq barədə razılaşma əldə edib. Razılaşmanın dəyərinin 40 milyon dollar olduğu bildirilir.

Politoloq Qabil Hüseynli Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistanın hazırda bir çox sahədə ciddi silah çatışmazlığı var.

Onun sözlərinə görə, Ermənistan Rusiyadan aldığı silahların çeşidini də çoxaldıb.

“Ermənistan Azərbaycanla hərbi sahədə yaranmış fərqi aradan qaldırmaq üçün başqa ölkələrdən silah almağa meyillənib”, - deyə Qabil Hüseynli əlavə edib.

Ekspertin fikrincə, Azərbaycanın bütün sahələr üzrə potensialı Ermənistanla müqayisəyəgəlməz səviyyədə üstündür. O, Azərbaycanın hərbi-texniki sahədə tərəfdaşlarının çox olmasına da diqqət çəkib. Politoloq Azərbaycanın yeni silahlar almaq istiqamətində danışıqlar apardığını da xatırladıb.

“Azərbaycan Ermənistandan fərqli olaraq, bir çox ölkələrlə hərbi-texniki əməkdaşlıq edir. Azərbaycan ən müasir silahlar, xüsusilə raketlər alır və bu proses davam edəcək. İsraildən ən müasir dronlar almaqda davam edirik.

Uzaq məsafədə hədəfləri vura bilən raketlərin alınması istiqamətində isə Ukrayna və Belarusla danışıqları başa çatdırıb. Yaxın zamanlarda bu, praktiki məcrada həyata keçiriləcək. Ona görə də Ermənistanın silahlanma yarışında Azərbaycana çatması mümkünsüzdür”.
Diaspora