"Əsgər Ailəsi Cəmiyyəti" VTİB -nin sədri, Qarabağ müharibə veteranı Roza Əliqızı bir aydan çoxdur ki, Türkiyədə Qarabağ gerçəklikləri və Xocalı soyqırımının 29-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir.
Qaziler.az bildirir ki, "Əsgər Ailəsi Cəmiyyəti" VTİB -nin sədri, Qarabağ müharibə veteranı Roza Əliqızı bir aydan çoxdur ki, Türkiyədə Qarabağ Gerçəklikləri və Xocalı soyqırımının 29- cü ilinə həsr olunmuş silsilə tədbirlər keçirir. Əsasən də orta məktəblərdə, litseylərdə, universitetlərdə keçirilən bu proqramların əsas məqsədi gənclərə Qarabağ gerçəkliklərini və Xocalı soyqırımının görünməyən üzlərini anlatmaq təbliğ etməkdir.Roza Əliqızının verdiyi məlumata görə, Türkiyədə bu tədbirlərin həyata keçirilməsi üçün yanvar ayından çalışıb, tədbir keçirəcəyi şəhərlərin valiləri və milli eyitim müdirlikləri ilə söhbət edərək dəstək alıb və məqsədinə nail olub.
Onun sözlərinə görə, keçirdiyi tədbirlər rəhbəri olduğu "Əsgər Ailəsi Cəmiyyətinin" və bu cəmiyyətin Türkiyə şöbəsinin xətti ilə bir də Türkiyə Milli egitim il və ilçə müdirliklərinin dəstəyi ilə olmuşdur.
Litseylərdə tələbələrlə yanaşı görüşə Türkiyə qaziləri, şəhid ailələri də dəvət edilmişdir.
Roza Əliqızı çıxışlarını Qarabağda baş verən erməni terrorizmi, torpaqlarımızın işğalı və bir əsrdə ermənilərin türklərə 4 dəfə soyqırım etməsindən, bu soyqırımda xalqımıza qarşı amansız erməni zülmündən, erməni işgəncələrindən danışarkən çıxışını bu sözlərlə bitirmişdir: "Ermənilər biz türklərin dədə- baba düşmənləridir, düşmənlə dost olunmaz, ondan ıntiqam alınır!"
Roza Əliqızının yanvar ayından Türkiyə Milli egitimin il və ilçə müdirliklərinin dəstəyi ilə apardığı Qarabağ gerçəkliyinə həsr etdiyi silsilə tədbirləri martın sonuna qədər davam edəcək.