“Rusiya mediasının yaydığı bu fotolar...” - Elman Məmmədov

“Rusiya mediasının yaydığı bu fotolar...” - Elman Məmmədov backend

Elman Məmmədov: “Rusiya mediasının yaydığı bu fotolar çoxdan mövcud idi, sadəcə...”

“Xocalı soyqırımının tanıdılmasında əcnəbi mənbələrin məlumatlarından geniş istifadə edilməlidir”

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində Rusiya mediası faciə ilə bağlı yeni fotolar təqdim edib.

Maraqlıdır, Xoclaı soyqırımının dünyaya tanıdılmasında Rusiya mediasının yeni üzə çıxardığı fotofaktlardan da istifadə edilməlidirmi? Bu fotolar soyqırımının yeni miqyasda dünyaya tanıdılmasına təkan verə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov əcnəbi mənbələrindən istifadənin vacib olduğunu vurğuladı:

“Bu gün, yəni 1992-ci ilin 27 fevral tarixində mən 10 nəfər döyüşçü ilə mühasirədən çıxdım. 10 nəfər döyüşçünün 5-i yaralı idi. 28 il öncə bu gün Çingiz Mustafayev ilk dəfə olaraq hadisə yerinə uçmuş, çəkilişlər etmişdi. Seyidağa Mövsümlü də çəkilişlər aparmışdı. Hadisədən iki gün sonra isə ora çoxlu sayda əcnəbi jurnalist getmişdi. Təxminən 15-20 nəfər əcnəbi jurnalist və fotomüxbir var idi. Onların arasında rus jurnalistlər də vardı. Həmin vaxt bu məlumatlar, foolar yayıldı. Sadəcə, həmin ölkələr öz siyasi maraqlarına görə, bu materialları bir növ yığışdırdı. Ancaq bu fotolar artıq tarixə düşmüşdü, istifadə olunurdu. Indi həmin fotolar, məlumatlar tədricən yenilənir və üzə çıxır.

Təbii ki, Rusiya mediasının yaydığı bu fotolardan da geniş istifadə etməliyik. Bu məsələdə də sizinlə tamamilə razıyam. Erməniləri ifşa etmək üçün öz mənbələrimizdən də, əcnəbi mənbələrdən də istifadə etməliyik. Bəzən biz öz mənbələrimizdən istifadə edəndə, düşmən bildirir ki, azərbaycanlılar bunu özlərindən quraşdırır. Ancaq əcnəbi mənbələrinə istinad edib məlumat yayanda, onlar fakt qarşısında təslim olurlar. Çünki bunu artıq Azərbaycan demir. Bunu Avropa, Rusiya və s. deyir. Odur ki, Xocalı soyqırımının tanıdılmasında əcnəbi mənbələrinin yaydığı məlumatlardan da geniş istifadə edilməlidir”.
Diaspora