Bu gün ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımdan 28 il ötür.
Axşam saatlarında bununla bağlı sosial şəbəkələrdə yayımlanan videoçarx izləyiciləri duyğulandırıb.Videoçarx faciənin şahidi olan qadının fəryadından bəhs edir. Ailəsini və bütün qohumlarını itirən qadın nəslin Xocalı qətliamından qurtulan tək nümayəndəsidir. O, bütün həqiqətləri olduğu kimi, çılpaqlığı ilə danışır.
Videoçarx Bakı Media Mərkəzi tərəfindən Xocalı soyqırımının 28-ci ili münasibətilə hazırlanıb.
Video sosial şəbəkələrdə #JusticeForKhojaly həştəqi ilə paylaşılıb.