Sərdar Cəlaloğlu: “Bəlkə də Ermənistanın özünə bu qədər kapital qoyulmur”
“Düşmən işğaldakı ərazilərdə özünü o qədər rahat hiss edir ki, sanki dədə-baba torpağındadır”.Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, ermənilərin işğaldakı ərazilərdə həyata keçirdiyi layihələr buna nümunədir:
“Ermənilər işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşmalar həyata keçirir, evlər, hərbi hissələr, xəstəxanalar tikir, müxtəlif infrastruktur layihələri həyata keçirir. Azərbaycan isə bütün bunları sadəcə seyr etməklə məşğuldur. Halbuki, ermənilərin ilhaq siyasətinə qarşı konkret addımlar atmalıdır.
Ermənilər bu torpaqlarda o qədər kapital qoyur ki, bəlkə də Ermənistanın özünə bu qədər kapital qoyulmur. Bu, Azərbaycanın maraqları baxımından təhlükəli bir haldır. Bu, həm də beynəlxalq qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir və bu, Azərbaycana hüquqi əsas verir ki, məlum tendensiyanın qarşısını almaq üçün əməli addımlar atsın”.