Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz dislokasiya olunmuş Ermənistan ordusunda ölüm faktı qeydə alınıb.
APA-nın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə cümə günü saat 19:00 radələrində qeydə alınıb.Müqaviləli hərbi qulluqçu, 23 yaşlı Ayk Asryan naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində ölüb.
Hadisənin təfərrüatı məlum deyil.