Yeni plan: “Məxfi Qarabağ danışıqları...” – Erməni ekspertdən şok iddia

Yeni plan: “Məxfi Qarabağ danışıqları...” – Erməni ekspertdən şok iddia backend

“Ermənistan və Azərbaycan müəyyən bir sənəd ətrafında genişlənəcək danışıqlar mərhələsindədir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Angela Elibeqova deyib.

“Əgər bundan əvvəl (Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Cenevrədəki son danışıqlar) tərəflər hazırlıq və texniki mərhələlərdə idisə, indi həqiqətən bir sənəd ətrafında genişlənəcək danışıqlar mərhələsindəyik”, - ekspert vurğulayıb.

Elibeqova qeyd edib ki, Ermənistan tərəfinin açıqlamasında “təkliflərin verilməsi, qərar qəbul edilməsi və müzakirə olunmasının bəzi vaxtları” anlayışlarına rast gəlinir:

“Buna görə daha intensiv danışıqlar prosesinə giririk. 2020-ci ildə prosesin sürətlənəcəyini və həmsədrlərin tərəflərə təzyiqi artıracağını gözləmək olar”.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin qeyd etdiyi ikinci vacib məqam məxfilikdir, yəni bu, 2020-ci ildə “danışıqlar barədə daha az məlumatımız olacaq” deməkdir: “Danışıqlar prosesi bağlanacaq və fotoşəkillərdən, danışıqların müddəti və rəsmi mətnlərdən başqa hər hansı bir nəticə çıxmaq imkanlarımız az olacaq”.

Elibeqova 2020-ci ildə kifayət qədər gərgin danışıqlar prosesinin gözlənildiyinə inandığını söyləyib.
Diaspora