Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç və təşkilatın baş katibi Lamberto Zanierlə görüş keçiriblər.
Bu barədə ABŞ-dan olan həmsədr Ceyms Uorlik "Twitter" səhifəsində yazıb. Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi hallarının azaldılması zəruriliyi qeyd olunub.Qeyd edək ki, ötən gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinə yenidən çağırış ediblər. Həmsədrlər tərəfləri prezidentlər arasında dialoqu yeniləməyə çağırıblar.