Daha bir Qarabağ qazisi haqqa yürüdü

Daha bir Qarabağ qazisi haqqa yürüdü backend

Daha bir Qarabağ qazisi, tanınmış səhra komandiri Tacir Adıgözəlov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Qaziler.az bildirir ki, bu barədə Qarabağ döyüşçüsü, ehtiyatda olan mayor Nazim Bayram öz feysbuk sosial şəbəkəsindəki “Silahdaş (Qazilər və veteranlar qrupu)“-unda paylaşıb.

“T. Adıgözəlov Göranboyun Xan Qərvənd kəndində ilk özünümüdafiə dəstələrindən birini yaratmışdı. O dəstə haradansa bir "Qrad" qurğusu əldə etmişdi. Bizdə buluddağıdan toplardan və "Alozanlardan" başqa heç nə olmayan dövrdə "Qrad" qurğusu böyük qüvvə idi. Tacirin "Qradı" Goranboyda, Ağdamda, Ağdərədə bir çox döyüşlərdə dəstələrə atəş dəstəyi vermişdi. O zamandan Tacir "Qrad" ləqəbini qazanmışdı. O, müharibənin ilk günlərindən atəşkəsə kimi döyüşüb, dəfələrlə yaralanmışdı. Keçən il nəhayət, veteran adını almışdı.

Tacir Adıgözəlov döyüş yoldaşlarının xatirəsində tədbirli komandir, etibarlı yoldaş, əsl Vətən oğlu kimi qalacaq.

Allah bütün Şəhidlərimizə və vətən həsrəti ilə dünyasını dəyişmiş qazilərimizə rəhmət eləsin. Vətən sağ olsun“.

Diaspora