Qarabağda müharibə təhdidi real və yüksəkdir.
Axar.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan deyib.“Müharibə təhdidi azalmayıb. O, hər zaman var. Siyasi planda Qarabağ məsələsi həll edilmədiyindən biz Qarabağda müharibə təhdidini real və yüksək hesab edirik. Qarabağ məsələsindən başqa digər təhdid strateji düşmənimiz olan Türkiyədir”, – deyə o bildirib.