Erməni generaldan çağırış: Nikol Bakı qarşısında acizdir - Video

Erməni generaldan çağırış: Nikol Bakı qarşısında acizdir - Video backend

Ermənistanın Baş naziri Nikol Paşinyan bəzən absurd, bir-birini təkzib edən fikirlərlə çıxış edir.

O, gah deyir ki, “Qarabağ Ermənistandır”, gah da deyir, “Qarabağ üçüncü tərəf kimi danışıqlarda iştirak etməlidir”. Onun ümumiyyətlə nə etmək istədiyini başa düşmək olmur.

Axar.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağda qanunsuz yaradılmış qondarma rejimin general-mayoru Vitali Balasanyan deyib.

“Hazırda bütün proseslər Bakının ssenarisinə uyğun gerçəkləşir. Paşinyanın Azərbaycan hakimiyyəti qarşısında acizliyi artıq açıq-aydın görünür. Belə getsə, mən və mənim ardımca gedəcək insanlar rəsmi İrəvana qarşı çıxacağıq”, - erməni general qeyd edib.

Diaspora