Paşinyan ilk dəfə Qarabağ danışıqlarında irəliləyişlər haqda danışdı və...

Paşinyan ilk dəfə Qarabağ danışıqlarında irəliləyişlər haqda danışdı və... backend

"Deyə bilərəm ki, Qarabağ nizamlanması üzrə danışıqlar prosesində, nə qədər qəribə görünsə də, olduqca maraqlı bir dinamika var. Mən nikbinəm və düşünürəm ki, bu dinamika davam edəcək. Dinamika inkişaf edəcək".

Virtualaz.org bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi öz Facebook səhifəsində canlı yayım zamanı deyib.

N. Paşinyan Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin azaldığını qeyd edib. "Bu azalma Düşənbədəki məlum müzakirələr kontekstində baş verib",-deyə baş nazir bildirib.

Bununla bərabər, baş nazir etiraf edib ki, "bu gün erməni tərəfi itki verir".

Paşinyan Qarabağ nizamlanması ilə bağlı əvvəlki tezisini təkrarlayıb: "Mən demişəm ki, Qarabağ məsələsinin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır".

N.Paşinyanın sözlərinə görə, onun əsas vəzifəsi danışıqlar masasında erməni xalqı üçün məqbul olan həll yolu tapmaqdır. Bu seçim tapılarsa, xalqa təqdim ediləcək və ictimai müzakirəyə çıxarılacaq. Baş nazir əmindir ki, qərar ümummilli formatda verilməlidir və lazım gələrsə referendum keçirilə bilər.

Baş nazir bəyan edib ki, siyasi rəqibləri Ermənistan cəmiyyətini hərbi əməliyyatların yenidən başlaması ehtimalı ilə qorxudurlar: “İnsanları müharibə ilə qorxutmağa başlayıblar. Konkret olaraq bu məqsədlə büdcələr qəbul edilir, təbliğat aparılır və sair...”.

Bu cür şayiələrə cavab olaraq hökumət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərində yaranmış vəziyyət təhlükəni həmişə özündə saxlayıb.
Diaspora