Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələri əsasında həllinə tərəfdarıq.
APA-nın “timeturk.com”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu VI Vasitəçilik Konfransında çıxışı zamanı bildirib.“Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla, BMT-nin qətnamələri əsasında həllinə tərəfdarıq. Bu baxımdan bu il daha çox səy göstərəcəyik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.