Bakı yeni hücuma hazırlaşır - Erməni general

Bakı yeni hücuma hazırlaşır - Erməni general backend

Azərbaycan Aprel müharibəsində ön cəbhəyə silahlı qüvvələrinin 20%-ni cəlb etmişdi.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi general-leytenant Norat Ter Qriqoryants deyib.

“Erməni tərəfi komandirlərini, zabitlərini, əsgərlərini itirdi. Bizim tərəfimizdən aradan qaldırılmalı çatışmazlıqlar vardı. Hərbi işdə oxşar məntiq olmalıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan yeni hücum üçün uyğun zaman gözləyir:

“Buna görə bizim ordumuz hərbi-siyasi hazırlıqla məşğul olmalı, biliklərini, təcrübəsini təkmilləşdirməlidir. Düşmən hərbi təlimə başlayanda biz hazır olmalıyıq. Belə ki, onlar qəfildən hərbi fəaliyyətə keçə bilərlər. Bir tərəfdən atəş açıb, digər tərəfdən hücum edə bilərlər”.
Diaspora