Mariya Zaxarova Azərbaycanın Rusiyaya nota verməsinə münasibət bildirib

Mariya Zaxarova Azərbaycanın Rusiyaya nota verməsinə münasibət bildirib backend

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Dövlət Dumasının deputatı Konstantin Zatulinin işğal altındakı Dağlıq Qarabağa səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı Rusiyaya verdiyi notaya münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan tərəfindən diplomatik kanallarla notanın daxil olduğunu təsdiqləyib.

“Deyə bilərəm ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında çoxdandır Azərbaycanın xüsusi razılığı olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik yeddi rayona səyahət edənlərin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı xəbərdarlıq yerləşdirilib. Bu, aktual xəbərdarlıqdır və hamıya aiddir”, - deyə M. Zaxarova qeyd edib.
Diaspora