“2016-cı ildə “Sasna Tsrer” qruplaşmasının terrorçularını əfv etdik. Amma bəyan edirəm ki, Qarabağ hakimiyyətinə, sərhədlərimizə, mənə və xalqıma qarşı təcavüz edən istənilən şəxs fiziki baxımdan məhv ediləcək”.
Modern.az xəbər verir ki, bu açıqlama ilə Dağlıq Qarabağdakı qondarma rejimin keçmiş “təhlükəsizlik şurası katibi”, general-mayor Vitali Balasanyan çıxış edib.O, Ermənistanın baş naziri Nikol Paşinyana və radikal “Ssana Tsrer” qruplaşmasına qarşı sərt danışıb.
“Nikol Paşinyan və bu terrorçu qruplaşma bir-birinin tayıdır. Biri silahla, digəri isə hakimiyyəti ələ keçirməklə məşğuldur. Qoy Nikol Paşinyanın tərəfdarları bizi eşitsin və addım atsınlar”.
Vitali Balasanyan 1959-cu ildə Azərbaycanın Əsgəran qəsəbəsində anadan olub. O, 1991-ci ildən başlayaraq Azərbaycan torplaqlarına təcavüzdə aktiv şəkildə iştirak edib.