Ermənistan Müdafiə Nazirliyi cəbhədəki son itkiləri barədə açıqlama yayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müqaviləli-hərbçi Armen Çaxmaxyan Azərbaycanın cavab atəşi nəticəsində yaralanıb. Bun xəbəri nazirliyin mətbuat katibi Atsrun Ovannisyan da təsdiqləyib.Bildirilir ki, hadisə 4 oktyabr gecəsi baş verib. Tavuş vilayətinin Koti kəndi yaxınlığında mövqelər qurmuş erməni əsgər güllə yarası aldığından tibb mərkəzinə çatdırılıb. Onun çiynindən yaralandığı bildirilir. Ovannisyan həmçinin 1 əsgərin ölməsi, 3 nəfərin yaralanması xəbərini də təsdiq edib.
Xatırladaq ki, cəbhənin bu istiqamətində azərbaycanlı ekskavatorçu düşmən gülləsindən həlak olmuşdu. Azərbaycan tərəf cavabın sərt olacağı barədə xəbərdarlıq etmişdi.
Musavat.com