Qarabağda savaş başlaya bilər – Rusiyadan baxış

Qarabağda savaş başlaya bilər – Rusiyadan baxış backend

Qarabağdakı seçkidən sonra hərbi fəaliyyət mümkündür.

Axar.az xəbər verir ki, bunu “168 Jam”a açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Qarabağdakı növbəti seçkidən sonra hərbi fəaliyyətlər mümkündür. Belə ki, azərbaycanlılar əmindirlər ki, bütün işlərə Qarabağ klanı rəhbərlik edir və indi İrəvanda hakimiyyətə qarabağlıları bitirmək istəyən adamlar gəliblər. Seçki nəticəsində hakimiyyət dəyişikliyini Azərbaycan alqışlayacaq və bu, zəifləmə kimi qəbul ediləcək. Ermənistanın yeni hökuməti belə düşünməyə imkan verir. Ermənistan çox çətin situasiyadadır və cəmiyyətdə belə ayırıcı xətlər ermənilər üçün ölümcül ola bilər”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində erməni separatçıları 2020-ci ildə “prezident seçkisi” keçirməyə hazırlaşır.
Diaspora