XİN: Təmas xəttində Azərbaycan hərbçisini qətlə yetirənlər cəzalandırılacaq

XİN: Təmas xəttində Azərbaycan hərbçisini qətlə yetirənlər cəzalandırılacaq backend

Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

"Report" xəbər verir ki, açıqlamada deyilir:

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.

Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb".
Diaspora