İrəvan azərbaycanlı əsirləri dəyişməkdən imtina etdi

İrəvan azərbaycanlı əsirləri dəyişməkdən imtina etdi backend

İrəvan Dilqəm Əsgərov və Şahbaz Quliyevi Azərbaycanda olan erməni əsirlərlə dəyişməkdən imtina edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib. O, azərbaycanlı əsirlərlə erməni əsirlərin dəyişdirilməsinin haqsızlıq olacağını bildirib.

Ovannisyan həmçinin Azərbaycanın ümumiyyətlə bu mübadiləyə razı olub-olmamasıyla bağlı heç bir informasiyanın olmadığını da deyib.

Qeyd edək ki, hazırda iki erməni diversantı Azərbaycanın əsirliyindədir.
Diaspora