Ermənilərin Ərdoğana qəfil hücumu - Qarabağa görə

Ermənilərin Ərdoğana qəfil hücumu - Qarabağa görə backend

Erməni mətbuatı və Rusiyanın bir sıra ermənipərəst KİV-ləri qəfildən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hücum ediblər.

İstiPress-in məlumatına görə, belə hücum məqalələrindən birinin müəllifi Rusiyanın ermənipərəst “Reqnum” portalının şərhçisi Stanislav Tarasovdur.

Erməni Apostol Kilsəsinin İstanbul partiarxının seçkilərindən bəhs edən məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu vəzifəyə öz adamı olan Aram Ateşyanı seçdirmək niyyətində olduğu vurğulanır. “Bir sıra erməni ekspertləri ehtimal edirlər ki, İstanbul patriarxı bir sıra məsələlərin həllində Türkiyə hakimiyyətinin əlində alətdir”, - deyə Tarasov vurğulayır.

Məqalə müəllifi iddia edir ki, Eçmiədzin İstanbul patriarxı vəzifəsinə öz adamını seçdirmək istəyir ki, ermənilər üçün ciddi məsələlərdə Ərdoğana təsir göstərə bilsir. Tarasovun fikrincə, bu, Qarabağ məsələsi ilə bağlıdır və ermənilərin niyyəti baş tutarsa, Azərbaycan problemi təkbaşına həll etməli olacaq. Guya Türkiyədə cəmi 100 min erməni var və bu ölkə üçün erməni problemi yoxdur və s…

Rusiyanın “Vestnik Kavkaza” portalı da məsələyə toxunub və ermənilərin belə oyunlarla diqqəti Qarabağ məsələsinə yönəltmək niyyətində olduğu vurğulanıb. Portalın milliyyətcə erməni olan müəllifi Mamikon Babayan ədalət hissini itirmədən bildirib ki, erməni siyasi elitası Azərbaycan torpaqlarının işğalına “azadlıq uğrunda” mübarizə donu geyindirməyə çalışır və bu məsələyə hazırkı prezident Armen Sərkisyan da qoşulub.

Erməni prezident iddia edib ki, bəs, Azərbaycan torpaqlarının işğalı erməni xalqının çoxəsrlik azadlıq mübarizəsinin nəticəsidir və böyük gələcəyin bünövrəsidir. Mamikon Babayan isə Armen Sərksiyanın dediklərinin cəfəngiyyat olduğunu sübut edib: “Konkret olaraq hansı gələcəkdən bəhs edilir, aydın deyil”.
Diaspora