Bu günlərdə Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının keçmiş komandanı, polkovnik Andrey Ruzinski verdiyi müsahibədə ermənilərin iş üzünü bir daha açıb.
Eyni zamanda ermənilərin 1-ci Qarabağ müharibəsində “qələbə”ni necə əldə etdiyinə işıq salıb. Hərçənd reallığı onsuz da hamı bilir.“Yeni Müsavat” xəbər verir ki, Qarabağ müharibəsi zamanı hərbi xidməti ilə bağlı xatirələrindən danışan rus zabit deyib: “Mən Qarabağda xidmət etmişəm. Bizim hissələr ermənilərin tərəfində vuruşurdu. Və siz necə düşünürsünüz: bu əclaflar (erməni silahlıları - ”YM") bizim arxamızda gizlənirdilər və azərbaycanlılar uzaqdan görünən kimi silahlarını atıb geri qaçırdılar. Ancaq elə ki, haranısa tuturduq, qaçıb gəlir və qışqırırdılar ki, erməni torpağını “dəmir aşotlar”ın sayəsində azad ediblər. Xidmətim bitdi, doğma Stavropola getdim. Sən demə, biz Qarabağda onlar uğrunda vuruşanda onlar da orada yiyəlik edir, “Böyük Ermənistan” və “erməni döyüşçüləri” haqda çığır-bağır salırmışlar".
Ardınca polkovnik ermənilərin qısa xarakteristikasını verib: “Onlar qorxaqdırlar, vəssalam. Bilmirəm, siz ermənilər hansı qəhrəmanlıqdan danışırsınız? 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ da ermənilərin olmazdı. Rusiya olmasaydı, heç Ermənistan da olmayacaqdı”.