İrəvanın Bakıya qarşı “ikili oyunu” - düşmənin məkrli hədəfi

İrəvanın Bakıya qarşı “ikili oyunu” - düşmənin məkrli hədəfi backend

İşğalçı ölkənin baş nazirinin aylardır davam edən sərt ritorikasının arxasındakı gizlinlər; Paşinyanın “sülhpərvər” mövqeyinin yayıldığı gün sərhəddə silahlar işə düşdü...

Vaxtaşırı təxribatlar törətməklə dinc danışıqlara zərbə vuran Ermənistan növbəti dəfə “sülhməramlı mövqe” nümayiş etdirib. Baş nazir Nikol Paşinyan “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsində Azərbaycana mesajlar verib.

“İrəvanla Bakı arasında ”qaynar xətt" işləyir, lakin bu, təəssüf ki, qurbanların olmayacağına zəmanət vermir", deyən Ermənistanın baş naziri ardınca bildirib ki, danışıqların konkret nəticələrə gətirməsi üzərində iş gedir: “Nəyə görə danışıqların konkret nəticəsi yoxdur? Beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlərdə mən vəziyyəti təsvir edib, tərəqqinin olmamasını izah etmək istəyəndə deyirəm ki, bir səbəb var. Mən Ermənistanın baş naziri seçilərkən bildirdim ki, Qarabağ məsələsinin həlli üçün elə variant lazımdır ki, Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün qənaətbəxş olsun. Bu, müəyyən mənada misli görünməmiş bəyanatdır, belə ki, Ermənistanın heç bir rəhbəri deməmişdi ki, həll Azərbaycan xalqı üçün də qaneedici olmalıdır”.

Paşinyan əminliklə ifadə edib ki, bu, danışıqlarda tərəqqi üçün ciddi əsas yaradır. Virtualaz.org-un xəbərinə görə, baş nazir əlavə edib ki, kimsə Azərbaycan üçün qənaətbəxş həllin Ermənistan üçün yolverilməz olacağını düşünə bilər. “Kimsə belə düşünürsə, o, nə Qarabağ xalqını, nə Ermənistan xalqını, nə də ümumilikdə erməni xalqını tanımır”.

Qeyd edək ki, bundan əvvəlki dönəmlərdə N.Paşinyan gah ifrat radikal bəyanatları ilə diqqət çəkib - hətta Sərkisyan-Köçəryan cütlüyünü də kölgədə qoyub - gah da sülh bəyanatları səsləndirməklə özünü “mələk” rolunda göstərməyə çalışıb. Hətta yumşaq Qarabağ bəyanatlarının qarşılığında N.Paşinyana daxildən hücumlar edilib, rəqibləri onu xəyanətdə ittiham ediblər. Bu dəfə hələlik Qarabağ klanının reaksiyası məlum deyil, ancaq heç şübhəsiz ki, revanşa cəhd edən cinayətkar qruplaşma növbəti dəfə Paşinyana hücum edəndə baş nazir ritorikanı növbəti dəfə dəyişəcək və sərt mövqedən çıxış edəcək. N.Paşinyan o şəxsdir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların belə, geri qaytarılmasını mümkün saymır, hətta Xankəndidəki separatçı rejimin danışıqlar masası arxasında əyləşdirmək üçün cəhdlər göstərir. Belə olan təqdirdə onun Azərbaycan xalqının maraqlarından çıxış etməsinin arxasında mütləq bir oyun və məkrli plan var.

Yeri gəlmişkən, elə N.Paşinyanın həmin açıqlaması yayılan gün Ermənistan növbəti təxribata əl atdı. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin yaydığı məlumatda deyilir ki, 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermənnistan Silahlı Qüvnvələrinin bölmələri tərəfindən Ermənistanın Nonyemnbernyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahnlardan atəş açılmaqla atəşnkəs rejimi pozulmuş, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulnub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunnlanrının “Qanzax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dönyüş növbəsində xidmət aparan əsgər Ceyhun Baynranmov yaranlanıb.

N.Paşinyanın bu açıqlamasından sonra Ermənistan-Azərbaycan sərhədində təxribatın törədilməsi digər qüvvələrin də maraqlarına xidmət edə bilər. Mümkündür ki, Paşinyanın yumşaq tövrü bəzi qüvvələri narazı saldığından aranı qızışdırmaq istəyirlər. Ancaq eyni zamanda Paşinyan diqqəti daxildəki proseslərdən yayındırmaq üçün “atəş” əmri verə bilər. Bu halda özünün “sülhməramlı” mövqeyinin arxasında gizlənə bilər. İstənilən halda, baş verənlərə görə məhz Ermənistan hakimiyyəti məsuliyyət daşıyır.

Bu arada Ermənistan mətbuatı öz vətəndaşlarını guya 17 iyul axşamı Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindən Vayocdzor əyalətinin Yelpin kəndini atəşə tutduğuna inandırmağa çalışıb (Axar.az). Azərbaycan Müdafiə Nazirliyinin rəsmi şəkildə faktı təkzib etməsinə baxmayaraq, erməni təbliğatı əksini iddia etməyə davam edir. Hətta Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan sonradan “öyrənib” ki, güllələrdən biri Yelpin kəndinin sakinlərindən birinin evinin damına tuş gəlib. Həmçinin o, iddia edir ki, kənd istiqamətində atəş aşağı intensivlikdə olub və iriçaplı silahdan edilməyib. Ermənistanın Analitik.am nəşrinin “hadisə yeri”ndən etdiyi fotoreportajdakı şəkillərin iddialarla uyğunsuzluğu isə dərhal nəzərə çarpıb. Göründüyü kimi, erməni tərəf həm təxribat törədir, həm də Azərbaycanı günahlandırıb özünü “məsum” göstərməyə çalışır. Özü də bütün bunlar dövlət sərhədi boyunca baş verir. Təbii ki, səbəbsiz deyil...

“Ermənistan indi Azərbaycanla informasiya müharibəsi aparmağa çalışır. Onlar belə dezinformasiya yaymaqla beynəlxalq ictimaiyyətə Azərbaycan tərəfinin atəşkəsi pozan, bölgədə gərginliyi yaradan bir ölkə olaraq göstərməyə çalışırlar”. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Ordumuzun guya Naxçıvan istiqamətindən erməni kəndlərini atəşə tutması ilə bağlı erməni mətbuatında yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycan belə yalan bəyanatlara qarşı hazırlıqlı olmalıdır: “Biz bütün baş verənlərə nəzər salsaq görərik ki, cəbhədə vəziyyət gərginləşməyə doğru gedərkən, Ermənistan mətbuatında ölkəmizə qarşı müxtəlif formada belə yalan məlumatlar yazılır. Bu məlumatlar həm daxili auditoriya, həm də xarici ölkələr və təşkilatlar üçün nəzərdə tutulub. Ermənistan tərəfi çalışır ki, Azərbaycanı aqressor kimi təqdim etsinlər. Lakin onlar illərdi eyni ssenari ilə hərəkət etsə də, hər dəfə də səyləri boşa çıxır”.

Hərbi ekspert onu da bildirib ki, Azərbaycana atəşkəsi pozmaq lazım deyil: “Ona görə ki, bizim torpaqlarımız işğal altındadır və biz belə kiçik şeylərə vaxt aparmaq əvəzinə döyüş əməliyyatları aparıb, öz torpaqlarını işğaldan azad edərik. Bunun üçün kifayət qədər hərbi gücümüz və hüququmuz var. Bu günə qədər atəşkəsi pozan ancaq Ermənistan tərəfi olub. Biz hələ ki, onları cavab atəşi ilə susdururuq. Azərbaycan Ordusu atə.kəsi pozmayıb və pozmayacaq da, şərait yetişdiyi andaca torpaqları azad edəcək”.

Təxribatlar isə bununla bitmir və işğal zonasında da davam edir. Bu günlərdə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “komandanı” hesab edilən Karen Abramyan Kəlbəcər istiqamətindəki təmas xəttində görünüb.

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin başçısı sayılan Bako Saakyan isə Ağdam rayonunun “Tiqranakert” adlandırılmış Şahbulaq ərazisindəki Qarabağ xanı Pənah xanın qalasında geniş tərkibli səyyar müşavirə keçirib. Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, qondarma qurum rəhbərliyinin müşavirəsində “dövlət naziri”, müdafiə, təhlükəsizlik, fövqəladə hallar, kənd təsərrüfatı və s. sahələr üzrə rəhbər məmurlar iştirak edib.

Nəhayət, növbəti təxribat xəbəri: Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub. Düşmən elə N.Paşinyanın nağıl danışdığı gün axşam və növbəti günün səhəri Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub. Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər cəbhə kəndində evlərin dam örtüyünə və hasarlarına dəyib.

Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Ermənistan baş naziri Nikol Paşinynan daima beynəlxalq konyukturanı aldatmaq və manipulyasiya etməklə məşğul olur, çünki Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı deyil: “Onun səsləndirdiyi fikirlər heç də bizim maraqlarımıza xidmət etmir. Çünki Qarabağdakı separatçıları da tərəf kimi tanınmasını irəli sürür. Ona görə də bu açıqlama sadəcə, Minsk Qrupunun həmsədrlərinə və beynəlxalq təşkilatlara ünvanlanıb, guya münaqişənin həllində Azərbaycanın maraqlarının da nəzərə alınacağını qeyd edir. Bu, Paşinynanın həyata keçirdiyi aldadıcı genişdir və öz hakimiyyətinə qarşı tənqidlərin qarşısının alınmasına yönəlib. O dediklərində səmimi olsaydı, ilk növbədə Ermənistanla sərhəddə atəşkəsin qorunmasını təmin edərdi. Hesab edirəm ki, Ermənistanla dövlət sərhədində hərbçimizin vurulması birbaşa Paşinyan iqtidarının təlimatları ilə reallaşır. Hadisə işğal olunmuş ərazilərdə baş versəydi, o halda, bunu maraqlı qüvvələrin işi kimi xarakterizə etmək olardı. Amma burada Qarabağdan kənarda, dövlət sərhədində erməni tərəfinin kobud şəkildə təxribatından söhbət gedir”.

M.Əsədullazadə də təsdiqləyir ki, Paşinyan ikili oyun oynayır: “Sözdə sülhdən danışır, əməldə isə silaha əl atmaqla sadəcə münaqişənin həllində müharibə ehtimalını yaxınlaşdırır. Qeyd edim ki, Paşinyan ona qarşı daxili etirazlar baş qaldırarsa, o halda diqqəti Azərbaycana qarşı yönəltmək üçün daxili auditoriyaya bu kimi xitablar edə bilər. Son günlərdə Paşinyana qarşı etirazlar baş verdi, nəticədə biz bunun cəbhədə ermənilərin təxribata getdiyini gördük. Demək, Paşinyan cəbhə xətti ilə daxili tarazlığı qorumağa çalışır. Ona görə də Azərbaycan mümkün nəticəyə hesablanan proseslərə start verməlidir. Artıq erməni tərəfi ilə ikitərəfli rabitə əlaqəsinin də əhəmiyyəti yoxdur. Onlar özlərinin daxili siyasi hakimiyyətini qorumaq və Qarabağ münaqişəsində status-kvonu saxlamaq üçün bu metoddan yararlanmağa çalışır. Belə olmasaydı, ermənilər cəbhədə maksimum təxribatdan çəkinərdi. Yalnız öz maraqları olanda bundan istifadə edirlər. Rəsmi Bakı belə bir əlaqədən imtina etməli və Paşinyanın ikili oyunların qarşı hərəkətə keçməlidir”.

N.Paşinyan “gah nala, gah mıxa” vurduğu məqamda Qarabağda süni məskunlaşma həmçinin ermənilərin doğub-törəməsi davam edir. 2019-cu ilin yanvar-iyun aylarında işğal zonasında daha 973 erməni dünyaya gəlib. Ermənilər bu ərazilərdə daha çox doğub-törəməyə, Azərbaycana qarşı möhkəmlənməyə cəhd göstərir. Erməni baş nazir nağılı həmin erməni körpələrə oxusa, daha normal görünərdi...

"Yeni Müsavat"
Diaspora