Ermənistan xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyanın Azərbaycanın işğal altındakı ərazilərinə səfər etdiyi barədə məlumatlar yayılıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın XİN rəhbəri görüşəcəyi şəxslər sırasında..."Azərbaycandan qaçqın düşmüş ermənilərin ittifaqı"nın sədri Sarasar Saryan da var...Diqqət edin, "Azərbaycandan qaçqın düşmüş..." Mart ayında həmin bu Saryan ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla da görüşmək imkanı əldə etmişdi. Bu, artıq yeni oyunun tərkib hissəsidir. Şübhə yoxdur ki, Ermənistan tərəf növbəti danışıqlara növbəti sürprizlər hazırlayır. Məsələn, “Azərbaycandan qaçqın düşmüş ermənilər”lər bağlı. Bu mənada hesab olunur ki, Azərbaycan tərəf danışıqların növbəti raundunda Ermənistandan, tarixi yurd-yuvalarından didərgin düşmüş, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən qovulmuş 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizlə bağlı məsələni ciddi şəkildə gündəmə gətirməli, onların öz yurdlarına qaytarılmasını tələb etməlidir. Ermənistanın həyasızlığı o həddə çatıb ki, artıq işğalçı tərəf “erməni qaçqınları”nın məsələsini də danışıqlarda müzakirə mövzusuna çevirməyə hazırlıq görürlər.