Nikol Qarabağda savaş başlatmaq istəyir - Arkov

Nikol Qarabağda savaş başlatmaq istəyir - Arkov backend

Nikol Paşinyanın hakimiyyətdə olduğu müddətdə Ermənistanın sosial-iqtisadi situasiyası nəinki yaxşılaşmayıb, əksinə, daha da pisləşib.

Bu sözləri Axar.az-a açıqlamasında “PolitRUS” ekspert-analitik şəbəkəsinin təsisçisi, politoloq Vitali Arkov deyib. Paşinyanın hakimiyyətini daxili problemlər ucbatından itirmək qorxusu olduğunu deyən Arkov bunun qarşısını almaq üçün onun xarici düşmən və qələbə xarakterli kiçik müsahibəyə ehtiyacı olduğunu bildirib.

Arkovun sözlərinə görə, İrəvan ölkə iqtisadiyyatına subsidiyalar ayırmayan Rusiya ilə Ermənistanın münasibətlərinin pisləşdirməsində onun üzərindən blokadanı götürməyən Azərbaycanla Türkiyənin günahkar olduğunu düşünür:

“Əgər Ermənistan əvvəlcədən öz üzərinə götürdüyü öhdəliklərin böyük hissəsini icra etmirsə, niyə blokada ortadan qaldırılmalıdır? Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarının heç olmasa bir hissəsini Bakının nəzarətinə qaytarmamaqla bərabər, Ermənistan təmas xəttinə əlavə qüvvələr cəlb edərək, orduya xidmət üçün kütləvi çağırış edir və Ermənistan vətəndaşlarının başlarını guya Azərbaycan tərəfindən hücum hazırlığı ilə bağlı sayıqlamalarla doldurur. Reallıqda isə hərbi konfliktdə məhz İrəvan maraqlıdır. Birincisi, bu ona imkan verəcək ki, işğal olunmuş rayonların geri qaytarılmasını Azərbaycan tərəfindən atəşkəsin pozulmasına istinad edərək qeyri-müəyyən müddətə təxirə salsın. İkincisi, bu, erməni cəmiyyətinin öz idarəçi və iqtisadçılarının dəyərsizliklərindən diqqəti yayındırmağa, hər şeyi düşmən aqressiyası ilə izah etməyə imkan verəcək. Üçüncüsü isə hərbi və əlaqəli təchizatlarla pul qazanmaq da pis deyil”.
Diaspora