Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Azərbaycanın işğal edilmiş Qarabağ ərazisinə gəlib.
Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, A.Davtyan burada Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşüb, hərbi məsələlərə dair müzakirələr aparıb.Görüşdə separatçıların “müdafiə naziri” Karen Abramyan da iştirak edib.