Nikoldan separatçılara sərt mesaj: Qarabağın satılması...

Nikoldan separatçılara sərt mesaj: Qarabağın satılması... backend

Ermənistan Baş naziri Nikol Paşinyan yenidən qondarma Qarabağ rejiminin ünvanına sərt ifadələr səsləndirib.

Axar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Paşinyan hakimiyyətə gələnə qədər separatçı rejim rəhbərliyinin Azərbaycanla Ermənistan arasındakı danışıqlar masasında nələrin müzakirə edildiyini bilmədiyini söyləyib. O, separatçı rejim rəhbərliyinə müzakirə sənədlərini məhz onun verdiyini bildirib:

“Onlardan beş dəfə soruşdum ki, danışıqların hansı istiqamətdə getdiyindən xəbərdardırlarmı? Onlar cavab verdilər ki, bunu bilmirlər. Qarabağın hazırkı rəhbərliyi Ermənistanın keçmiş rəhbərliyi ilə dostdur və hətta onlar bir yerdə rəqs edirlər, lakin bununla belə, keçmiş rəhbərlik Xankəndiyə danışıqlar prosesinin taleyi haqqında məlumat verməyib”, - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, dəfələrlə Qarabağın həlliylə bağlı öz fikrini Qarabağ separatçıları və Ermənistanın hərbi-siyasi elitasıyla müzakirə etsə də, qarşı tərəfdən heç kim onun fikirlərinə etiraz etməyib:

“Bundan sonra isə mənimlə eyni masada oturan, əslində nəyin baş verdiyini bilən adamlar öz köməkçilərini sosial şəbəkələrdə hökumətin Qarabağı satmasıyla bağlı status yazmağa məcbur edir. Məndə belə bir ədalətli sual yaranır: Bu, nə üçün edilir?”
Diaspora