Milli Məclisin plenar iclasında çıxış edən YAP-çı deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə zabitimizin qətlə yetirilməsindən dolayı üzüntüsünü ifadə etdi.
Daha sonra deputat Azərbaycan ordusunda xidmət edən əsgərlərə xitab etdi: “Mənim Azərbaycan əsgərinə əmr verməyə ixtiyarım yoxdur. Amma əsgərlərimizdən xahiş edirəm: Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə gələrsə, onu vursunlar! Xüsusilə də snayperçilərimizdən xahiş edirəm, Paşinyanı vurun, qoy zabitimizin qanı yerdə qalmasın! Qoy Ermənistan üçün dərs olsun! Əgər onların rəhbərləri nəzarət edə bilmirlərsə, yaxud təxribata əl atırlarsa, layiqli şəkildə cavabını verməliyik”.Musavat.com