Erməni vandalizmi: Yaralanmış qəbir daşları…

Erməni vandalizmi: Yaralanmış qəbir daşları… backend

Bu günlərdə yolumuz Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndinin Azərbaycan ordusunun nəzarətində olan qəbiristanığından düşdü.

Təmas xəttinin 50 metrliyində olan qəbiristanlıq yüz illərdi kəndin dünyasını dəyişmiş sakinlərinin son mənzili hesab olunur. Baş Qərvənd 1994-cü ilin 26 aprelində işğal olunduqdan sonra kənd camaatı respublikanın müxtəlif şəhər və qəsəbələrində məskunlaşsalarda dünyasını dəyişmiş əzizlərini doğma yurdlarının bir parçasında dəfn etməkdədir. Onları nə mütamadi atılan erməni snayperləri, nə iri çaplı silahlardan atılan atəşlər , nə də erməninin bizim torpaqlarda törətdikləri yanğından qaçıb gələn təhlükəli sürünənlər qorxudub. Əvvəllər ora düşən mərmilərdən qəbir daşları eləcə də, qəbiristanlığın hasarları dağılmış, ərazi vaxtlı–vaxtında alaq otlarından təmizlənmədiyi üçün viranəyə bənzəyirdi. Son iki ildir kənd camaatının şəxsi təşəbbüsü ilə fond yaradılaraq ərazi tamamilə təmizlənib, ağac və gül kolları əkilib, qəbiristanlıq səliqəli vəziyyətə salınıbdır. Aprel döyüşləri zamanı təxminən 250-dən çox qəbir güllə yağışına məzruz qalmışdı. Hazırda qəbirlərin demək olar ki, böyük hissəsi mərhumların yaxınları tərəfindən təmir olunub. Qalan qəbirlər isə hissə-hissə təmir olunmaqdadır.

Qeyd edək ki,1994-cü il aprel ayının 26-da təcavüzkar Ermənistannın silahlı qüvvələri tərəfindən işğala məruz qalan Baş Qərvənd Ağdam rayonunda ən böyük kəndlərdən biri hesab olunurdu. Kəndin sovetliyinə Baş Qərvənd, Şıxlar, Orta Qərvənd, Ayaq Qərvənd kəndləri daxil idi. Kəndin ümumi ərazisi olan 3719 hektarın 2469 hektarı (Baş Qərvənd və Şıxlar kəndləri) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Hazırda Orta Qərvənd və Ayaq Qərvənd kəndləri olmaqla 1250 hektar ərazi faktiki bizdədir. Kəndimizin əhalisi 5750 nəfərdən ibarətdir ki, bu da 1337 ailə deməkdir. Hazırda 1140 ailə respublikanın müxtəlif bölgələrində köçkünlük həyatı yaşayır, işğal olunmamış kəndlərimizdə isə 197 ailə yaşamaqdadır. Erməni işğalçıları ilə döyüşərək həlak olan 16 igid döyüşçümüzü, bombardman zamanı isə 8 dinc sakini itirmişik.
Sonda biliririk ki, aşağıdakı fotolar erməni vandalizmi nəinki insanlara, heyvanlara, həmçinin adi daş parçalarına qarşı nifrətini bird aha təsdiq edir .

Əntiqə Rəşid

Diaspora