Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə vida mərasimi keçirilir backend

Erməni açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovla vida mərasimi keçirilir.

ONA-nın şimal-qərb bürosunun verdiyi məlumata görə, mayın 30-u səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində, düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1983-cü il təvəllüdlü mayor Aqil Akif oğlu Omarovun nəşi bu gün səhər saatlarında ata yurdu olan Qax rayonu Lələpaşa kəndinə gətirilib. Vida mərasimində hərbi qulluqçular, rayon rəhbərliyi, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

A.Omarov Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, şəhid hərbi qulluqçu ailəli olub, 2 oğlu var.
Diaspora