Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
Modern.az-ın məlumatına görə, 36 yaşlı şəhid mayor, tabor komandiri idi...2 övlad sahibi olan 1983-cü il təvəllüdlü Omarov Aqil Akif oğlu Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılacaq.
Allah rəhmət eləsin.