Qəhrəman döyüşçünün 50 yaşı tamam oldu

Qəhrəman döyüşçünün 50 yaşı tamam oldu backend

Mayın 6-da Azərbaycan Milli Ordusunun ilk batalyonunu yaradan Şirin Mirzəyevin döyüşçülərindən olan Şamil Əbilovun doğum günüdür

Qaziler.az bildirir ki, bu gün keçmiş döyüşçünün 50 yaşı tamam olur.

Baş leytenant Əbilov Şamil Məmməd oğlu 1969-cu ildə Ağdam rayonunun Seyidli kəndində dünyaya gəlib. 50 saylı Ağdam Texniki Peşə Məktəbini bitirib. 1987-1989-cu illərdə keçmiş sovetlər birliyinin raket qoşunları qüvvələrində xidmət keçib. Xalq hərəkatının, 20 yanvar hadisələrinin iştirakçısı olub. 1991-ci ilin sentyabrında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin rəhbərliyi altında Ağdam Ərazi Özünümüdafiə Batalyonunun ilk əsgərlərindən olub Şamil. Bir qədər sonra minaatanlar dəstəsinin komandir müavini, nəhayət dəstə komandiri olub. Daha sonra müdafiə nazirinin əmri ilə 708 saylı hərbi hissədə 4-cü batalyonun komandirinin müavini, sonralar isə daxili əmrlə bir neçə ay batalyon komandiri təyin edilib. 1997-cı ildə ordu sıralarından tərxis olunub...

Ağdam, Ağdərə, Əsgəran, Xocavənd, Goranboy istiqamətində gedən döyüşlərdə dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qalıb, yaralanıb. Ağır və şərəfli döyüş yolu keçən Şamil Əbilov II qrup Qarabağ müharibəsi əlilidir. O, “Qarabağ Qaziləri” İctimai Birliyinin Ağdam rayon şöbəsinin rəhbəridir.

Ailəlidir, 3 övladı var...

Qaziler.az saytı, “Qarabağ Qaziləri” İctimai Birliyi, “Qarabağ Əlillərinə Sosial Qayğı” İçtimai Birliyi, Fred Asif adına “Azərbaycanın Milli Qəhrəmanlarının İnkişaf Fondu” Şamil Əbilovu 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, Qarabağın azad olunduğu günü görməyi arzulayır!
Diaspora