Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz.
“Report” xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da İrəvanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib.“Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verməlidir”, - səfir vurğulayıb.
C.Lakot deyib ki, ATƏT-in Minsk Qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir.