ABŞ ərazisində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə danışıqlar yolu ilə həll edilməsi mümkün deyil.
Bu sözləri Axar.az-a rus tarixçi və politoloq Oleq Kuznetsov rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda olan təklifini şərh edərkən deyib.“Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın roluna gəldikdə, eyni şeyi söyləyəcəyəm. 1992-ci il noyabrın 24-də ölkədə Azadlığın Müdafiəsi Aktı adlı bir milli qanun qəbul edildi. Bu qanunun 907-ci maddəsinin rus dilinə tərcüməsində məzmunu kontekstdə belə görünür: ABŞ hökuməti Azərbaycan hökumətinə Ermənistan və Dağlıq Qarabağa iqtisadi blokada tətbiq olinduğu və və digər zorakılıq aktları törədildiyi müddətdə Azərbaycan hökumətinə texnoloji və hərbi-texniki yardım göstərməyəcək”, – deyə politoloq bildirib.
Ekspertin sözlərinə görə, Amerika Rusiyadan və Fransadan fərqli olaraq, qanunvericilik səviyyəsində uzun illərdir ki, Qafqazdakı ikinci erməni dövlətinin müstəqilliyini tanıyır və dünyada hər kəs bunu bilir:
ƏTRAFLI
iticket.az
“Amerika siyasətçiləri öz ölkələrində öz qanunlarını açıq şəkildə pozmur və dövlət katibi Pompeo da bunu etməyəcək.
O, Amerika qanunvericiliyinə ciddi əməl edəcək və buna görə ABŞ-da dialoqun və müzakirələrin gedişatının növbəti mərhələsində Azərbaycan nümayəndə heyətini ABŞ qanununa əməl etməyə və Qarabağın müstəqilliyini tanımağa məcbur edəcək.
Zənnimcə, siyasi karyeranı təhlükə altına almaq, öz milli qanunvericiliyini pozmaq fikri yoxdur. Amerikalılar qanunvericiliyini çox nadir hallarda – yalnız obyektiv reallıqlara ziddirsə, dəyişirlər.
ABŞ-ı Dağlıq Qarabağın müstəqilliyini tanımamağa məcbur etmək üçün yalnız bir yolu var: Vyetnamın zamanında Sayqonu məhv etdiyi kimi bu terrorçu qondarma dövləti müharibə yolu ilə məhv etmək.
ABŞ ərazisində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə danışıqlar yolu ilə həll edilməsi mümkün deyil”.