Mnatsakanyan münaqişənin həllindən danışdı

Mnatsakanyan münaqişənin həllindən danışdı backend

“Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür.

”Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandırarkən deyib.

O, 29 martda Ermənistan və Azərbaycan liderləri arasında baş tutan ilk rəsmi danışıqlardan sonra 15 apreldə Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovun da iştirakilə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüş barədə məlumat verərək bildirib ki, İrəvan üçün başlıca məsələ Dağlıq Qarabağın statusudur.

“Münaqişə yalnız siyasi yolla nizamlana bilər və buna nail olmağın yeganə formatı isə ATƏT-in Minsk qrupunun həmsədrlik institutudur. Eyni zamanda, sülhü təşviq edən atmosferin yaradılması və insanlar arasında əlaqələr də vacibdir. Bir tərəfdən nifrətin nümayiş etdirilməsi, digər tərəfdən isə danışıqların aparılması mümkün deyil. İnsanların təhlükəsizliyi və Qarabağın statusu bizim üçün prioritetdir. Dağlıq Qarabağda yaşayan insanlar danışıqlar prosesində iştirak etməlidirlər” – Mnatsakanyan deyib.
Diaspora