Türk siyasətçi İrəvanda Azərbaycanın ərazi bütövlüyündən danışdı

Türk siyasətçi İrəvanda Azərbaycanın ərazi bütövlüyündən danışdı backend

“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında münasibətlərin normallaşması mümkün deyil”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin sədri Mətin Gündoğdu Yerevanda jrunalistlərin Türkiyə-Ermənistan münasibtələrinin normallaşması ilə bağlı sualını cavablandırarkən bildirib.

O deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına Dağlıq Qarabağ məsələsinin həlli baxımından yanaşmaq lazımdır: “Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla münaqişə həll edilmədən İrəvanla Ankara arasında münasibətlərin normallaşaması mümkün deyil. Bundan başqa, erməni diasporu münasibətlərin normallaşdırılmasını şərtləndirməməlidir”.

Qeyd edək ki, aprelin 16-da İrəvanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 52-ci toplantısı keçirilib.

Musavat.com-dan: Bir əcnəbi siyasətçinin Ermənistan paytaxtında bu cür aşıqlama verməsi gerçəkdən də önəmli və mühümdür. Çünki ermənilər bu kimi mövzularda həssasdırlar və istənilən təxribata əl atmağa qadirdirlər. Bu açıqlamanı türkiyəli siyasətçinin verməsi isə ikiqat həmiyyətlidir. Bu, zaman-zaman Türkiyənin yumşalacağına, Ankaranın öz maraqlarını üstün tutaraq, Azərbaycanın ümdə mənafeyinin müdafiəsindən əl çəkəcəyinə ümid edən erməni siyasilərə ayiqli cavabdır. Mətin Gündoğduya təşəkkürlər! Halal olsun!
Diaspora