Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
"Reprot"un Rusiya bürosunun məlumatına görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edirlər.