Ermənistanın baş naziri Nikol Paşinyan hesab etmir ki, onun bəyanatlarında və müdafiə naziri David Tonoyanın şərhlərində hər hansı ziddiyyət var.
Virtualaz.org “Novisti Armeniya”ya istinadən bildirir ki, N.Paşinyan Avropa Şurasının baş katibi Turbern Yagland ilə birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən deyib: "Bu, olsa-olsa vəziyyətin təfsir olunması məsələsidir".Xatırladaq ki, Ermənistanın müdafiə naziri David Tonoyan son zamanlar xüsusi müharibə ritorikası ilə yadda qalıb. Belə ki, D. Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən belə bir sərsəm bəyanat vermişdi: “Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq…”