Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçirir.
ONA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər Ağdamın Uzundərə adlanan ərazisində keçirilir. Təlim zamanı iriçaplı silahlardan atılan atəş səsləri cəbhə xəttinə yaxın yerləşən Mirəşelli, Bənövşələr, Eyvazlı, Quzanlı kəndlərindən eşidilir.Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında təlim keçirir

