Bütün ermənilərin katolikosu II Qaregin bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib.
Axar.az xəbər verir ki, o, burada Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə ermənilərin birliyi, “daxili-xarici siyasət” və s.ə məsələlər müzakirə edilib.Qeyd edək ki, bundan öncə Dağlıq Qarabağa Ermənistan Baş Qərargah rəisi Artak Davtyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbər Artur Vanetsyan gəlib.