“Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatlarını itirib”.
“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ABŞ-da “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib.A.Akopyan ABŞ-da səfərdədir. ABŞ-ın Boston ştatındakı erməni icması onun başçılıq etdiyi “Təbəssüm şəhəri” Xeyriyyə Fonduna 150 min dollar ianə verib.
N.Paşinyanın həyat yoldaşının ABŞ-da xeyriyyə tədbirləri adı altında ianə toplaması davam edir.