Masallıda Aprel şəhidi Nurlan Əsgərlinin xatirəsi ehtiramla yad edilib

Masallıda Aprel şəhidi Nurlan Əsgərlinin xatirəsi ehtiramla yad edilib backend

Aprel döyüşlərində şəhidliyə qovuşan qəhrəman oğullarımızdan biri də Masallı rayonunun Kalinovka kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Bayram oğlu Əsgərlidir.

ONA-nın cənub bürosundan verilən məlumata görə, Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuş Nurlan şəhidlik məqamına 21 yaşında ucalıb.

N.Əsgərli həqiqi hərbi xidməti başa vurduqdan sonra hərbçi olmaq arzusunu reallaşdırmaq üçün yenidən ordu sıralarına yazılıb və beləcə xidmətini şəhid olana qədər qürurla davam etdirib. Aprel döyüşləri zamanı ön cəbhəyə birbaşa döyüşdə iştirak etmək üçün könüllü gedən Nurlan qardaşı İntiqamla birgə xidmət edib. O, aprelin 4-də Ağdərənin Talışlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhid olduğu vaxt onu döyüş meydanından qardaşı çıxarıb.
N.Əsgərli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Diaspora