Kuznetsovdan Qarabağ savaşı haqda şok: Martın 29-da...

Kuznetsovdan Qarabağ savaşı haqda şok: Martın 29-da... backend

Paşinyan bir müddət ölkə daxilində və beynəlxalq arenada uğurla “oynadı”, amma indi onun erməni xalqına istədiyi “çörəyi” vermək imkanı yoxdur. Buna görə də heç kim ona kömək etmək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Oleq Kuznetsov Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vyana görüşü haqda danışarkən deyib. Politoloq bildirib ki, Paşinyan iki seçim arasında qalıb:

“Ermənistanda müxalif qüvvələrin birləşməsi tamamilə təbii, obyektiv bir prosesdir və siyasi cəmiyyətin həyatına dair ümumi qanunlara tam uyğun gəlir. Buna görə də burda təəccüblü bir şey görmürəm. Keçən ilin mayından etibarən – Paşinyanın Ermənistanda hakimiyyəti ələ keçirdiyi gündən bəri yalnız bir şeyi deyirəm: Paşinyan populist, demaqoq, qədim Roma dövründə olduğu kimi, həmişə çörək və sirk tələb edən kütlənin lideridir. Keçən ilin aprel-may aylarında devrilmiş Qarabağ klanı adlanan Köçəryan-Sərkisyan bu günlərdə ən zəif tərəfdarlarının da yanındadır. Onlar bunu yeni hakimiyyətdən intiqam almaq üçün edir. Bütün bunları nəzərə alaraq başa düşmək lazımdır ki, xarici siyasətdə Qarabağ klanı həmişə rusiyapərəst mövqeyə sadiqdir, Paşinyan klanı isə açıq-aşkar amerikapərəstdir. Buna görə də bu gün Ermənistan Rusiya və ABŞ arasında qlobal geosiyasi qarşıdurma nöqtəsidir. Və bu qarşıdurmada Rusiya keçən il də məğlub oldu, amma revanş götürmək ümidini itirmir. Buna görə də Moskva Paşinyanın düşmənlərinə lazımi resursları verir və erməni mənşəli Rusiya oliqarxlarını şantaj edir. Rusiya tərəfi öz ərazisində müflis olmaq qorxusu altında erməni əsilli oliqarxlardan Paşinyana qarşı siyasi fəaliyyət göstərən müxalifətə maddi dəstək göstərərək, Ermənistanın baş nazirini vəzifəsindən kənarlaşdırmağa məcbur edir. Buna görə də bu gün Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüş ərəfəsində rusiyameyilli müxalifətlə Qarabağdan imtina perspektivi arasında qalıb. Paşinyanın vəziyyəti heç ürəkaçan deyil. Bir tərəfdən bəyan etdiyi öhdəlikləri icra etmədiyi üçün rusiyameyilli müxalifətdən, digər tərəfdən rəsmi Bakı ilə istənilən konstruktiv danışıqları ona bağışlamayacaq yerli millətçi və ya ultra-vətənpərvərlər tərəfindən hakimiyyətdən uzaqlaşdırılma təhdidi ilə üz-üzədir”.

Kuznetsov qeyd edib ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində şahmat dilində desək, suqsvanq vəziyyətindədir və hər bir hərəkəti onun mövqeyini pisləşdirir:

“Mən onun bunu yaxşı dərk etdiyindən əminəm, buna görə də “Azərbaycan xalqı ilə sülhə dair birbaşa söhbət” kimi tamamilə çılpaq fikirlər irəli sürür. Paşinyan hazırda həm daxili, həm də xarici siyasətdə çarəsizdir. Buna oxşar bir şey 100 il bundan əvvəl - 1918-ci ilin fevral-mart aylarında Brest-Litovskda bolşeviklərin döyüşçü müxalifətlə apardığı ayrı-ayrı müzakirələr zamanı baş verib. O vaxt Sovet Rusiyasının nümayəndə heyətinin rəhbəri də “nə müharibə, nə sülh” tezisini irəli sürmüşdü, bunun nəylə sonlandığı məlumdur: Alman əsgərləri hücuma keçdi, Gürcüstana gəlib çatdılar. Bundan sonra bolşeviklər özləri üçün tamamilə əlverişsiz şəraitdə sülh müqaviləsi imzaladılar. Mən qorxuram ki, martın 29-da Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişində və nəticələrində bənzər bir şey görəcəyik”.
Diaspora