Ermənistan prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Prezident Aparatının ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.Məlumata görə, A.Sarkisyana tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: “Ancaq texniki səbəblərə görə prezident Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək”.
“Report” xatırladır ki, martın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyan Dağlıq Qarabağa gəliblər. Bu gün Xankəndi şəhərində N.Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.
Mütəxəssislər A.Sarsiyanın tədbirə gec dəvət edilməsini baş nazirlə prezident arasında inamsızlıqla əlaqələndirirlər.