Azərbaycanlı deputat Qarabağ ermənilərinə çağırış etdi

Azərbaycanlı deputat Qarabağ ermənilərinə çağırış etdi backend

“Bəzən deyirlər ki, guya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasında, bütün bu məsələlərdə Qarabağ ermənilərinin təqsiri yoxdur. Çoxları Qarabağ ermənilərini bu hadisələrə Ermənistan ermənilərinin məcbur etdiyini irəli sürür. Qətiyyən belə deyil”.

Bu barədə Modern.az-a Qarabağ ermənilərinin sıxışdırılmasından danışarkən deputat Elman Məmmədov bildirib. O qeyd edib ki, ən qəddar, ən barışmaz mövqedə həmişə Qarabağ erməniləri durublar:

“Münaqişənin başlamasının səbəbkarı, separatçılığa əl atanlar da onlar olublar. Tək 1988-ci ildə deyil, ondan öncə də dəfələrlə cəhd ediblər, Sovet hökumətinin mövcud olduğu 70 il ərzində də həmişə Qarabağ erməniləri Azərbaycandan ayrılıb, Ermənistanın tərkibinə qatılmaq arzusunda olublar. Bu məsələni həmişə qaldırmağa cəhd ediblər. Onlar bu gün də barışmaz mövqedədirlər, ən qəddardırlar. Hesab edirlər ki, onların yaşadığı ərazi tarixən ermənilərin olub. Halbuki tarixi faktlar var, arxivdəki sənədlər sübut edir ki, Qarabağ erməniləri adlandırılan etnik qrup son 200-250 il ərzində Suriyadan, İrandan, Türkiyədən və s. köçürülüb, ərazilərimizdə məskunlaşdırılanlardır”.



E. Məmmədovun fikrincə, torpaqlarımızı işğaldan azad edəndən, ərazi bütövlüyümüzü bərpa edəndən, Qarabağ erməniləri Azərbaycan qanunlarını, Konstitusiyamızı qəbul edəndən sonra yenidən Azərbaycan vətəndaşı ola bilərlər:

“Biz o erməniləri vətəndaşımız kimi tanımalıyıq ki, bu illər ərzində Azərbaycana, azərbaycanlılara qarşı cinayət törətməyiblər.

Hər bir halda mən Qarabağ ermənilərini təqsirsiz kimi təqdim edilməsinin əleyhinəyəm. Erməninin hamısı yaxşı, pis fərqi qoyulmadan ermənidir. Ermənidirsə, demək, türk düşmənidir, vəhşidir, soyqırımı törədəndir, qaniçəndir, işğalçıdır”.
Diaspora