“Artıq Azərbaycanın səbri tükənib” - Polkovnikin Tonoyana cavabı

“Artıq Azərbaycanın səbri tükənib” - Polkovnikin Tonoyana cavabı backend

“Azərbaycan ordusunun gücünün daha da artması, Prezident İlham Əliyevin Qarabağ məsələsilə bağlı mesajları Ermənistan tərəfini ciddi narahat edir. Bu konteksdə Ermənistanın müdafiə naziri David Tonoyanın açıqlamaları daxili auditoriyaya, erməni cəmiyyətini sakitləşdirməyə hesablanıb”.

Bunu AzVision.az -a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O, bildirib ki, artıq Azərbaycanın səbri tükənib: “Azərbaycan tərəfindən verilən bəyanatlar əbəs yerə deyil. Zaman yetişəndə Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad etməyə başlayacaq. Bu da Ermənistan üçün faciə olacaq. Bir sözlə, Ermənistanın mövcudiyyəti sual altında qala bilər. Tonoyan da bunları bildiyinə baxmayaraq, təbii ki, zəif olduqlarını söyləyə bilməz. Ona görə də Tonoyan məhz erməni cəmiyyətini sakitləşdirməyə yönəlmiş bəyanatlar verir. Amma özü də bilir ki, bəyanatının arxasında heç nə yoxdur”.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, hücum əməliyyatı aparmaq, müasir silahlar almaq üçün Ermənistanın maliyyə imkanları yoxdur. Bunun əksinə olaraq, Azərbaycan ordusu güc baxımından Ermənistandan 30 pillə irəlidədir.

“10 ildən çoxdur ki, Azərbaycan ordusuna ayrılan vəsait Ermənistan büdcəsindən çoxdur. Bu məqamda Tonoyan bəyanat verir, amma söylədiklərini heç nə ilə əsaslandıra bilmir. "Su-30" təyyarələrindən danışır. Bu təyyarələrin olub-olmayacağı sual altındadır. Digər tərəfdən, təyyarələrin manevr etməsi üçün Qarabağ ərazisi çox balacadır. Bundan başqa orduya alınacaq heç bir silahın adını çəkmədi. Bir sözlə, Tonoyanın dedikləri havaya söylənmiş bəyanatdır. Bunu erməni analitiklər də əsassız hesab edirlər. Baş nazir Paşinyan orduda ərzaq, geyim problemindən danışırsa, hansı güclü silahdan söhbət gedə bilər? Onlar bu vəziyyətdə hansı hücum əməliyyatı apara biləcəklər? Çünki hücum edən tərəf müdafiə olunandan azı 3 dəfə güclü olmalıdır. Buna isə Ermənistan ordusunun imkanı yoxdur”, - Ş.Ramaldanov vurğulayıb.
Diaspora